Əfqanıstan prezidenti İran prezidenti ilə görüşüb
-
Əfqanıstan prezidenti İran prezidenti ilə görüşüb
İran İslam Respublikası və Əfqanıstan prezidentləri iki ölkənin əlaqələrinin hərtərəfli inkişafı yolları və maneələrini araşdırıb, fikir mübadiləsi aparıb və Tehran-Kabil əlaqələrinin genişlədirilməsində sürətin yaradılmasını vurğulayıblar.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar ertəsi günü Əfqanıstan prezidenti Əşrəf Qəni ilə Tehranda görüşdə İran və Əfqanıstan xalqlarının dini, mədəni və tarixi ortaqlıqlarına toxunaraq deyib: İran İslam Respublikası üçün Əfqanıstanın təhlükəsizliyi və inkişafı yüksək əhəmiyyət kəsb edir və bu istiqamətdə istənilən əməkdaşlığa hazırdır.
İran, Hindistan və Əfqanıstan arasında üçtərəfli Çabəhar tranzit və ticarət anlaşmasının imzalanmasına toxunub və deyib: Bu gün İran, Hindistan və Əfqanıstan arasında imzalanan sənəd hər üç ölkə deyil, regionun inkişafına zəmin yaradır.
Əfqanıstan prezidenti Əşrəf Qəni də bu görüşdə İranın müxtəlif sahələrdə inkişafından razılığını bildirərək deyib: İranın stabilliyi, təhlükəsizliyi və tərəqqisi həmişə Əfqanıstanın stabilliyi, təhlükəsizliyi və tərəqqisinə səbəb olmuşdur. Buna görə, Kabil İranla ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsi ardıncadır.