İyun 11, 2016 11:35 Asia/Baku
  • Milyonlarla amerikalının maliyyə problemi
    Milyonlarla amerikalının maliyyə problemi

Amerika Mərkəzi Bankının məlumatı göstərir ki, 76 milyon amerikalı maliyyə problemi ilə üz-üzədir.

CNN xəbər kanalının məlumatına görə, Amerika Mərkəzi Bankının məlumatı göstərir ki, bu ölkə əhalisinin 31 faizi, yəni 76 milyon nəfər öz yaşayışında maliyyə problemi ilə üz-üzədir.

Amerika Mərkəzi Bankı həmçinin xəbər verib ki, maliyyə problemləri nisbətən varlı təbəqəyə də sirayət edibdir.

2015-ci ilə aid olan bu statistika hər il Amerika Mərkəzi Bankı-"Federal Rezerv" tərəfindən yayılan "Amerikalıların iqtisadi vəziyyəti" adlı hesabatın bir hissəsidir.

Amerikadakı böyük durğunluğun başa çatmasından yeddi ilin keçməsinə rəğmən, hələ bu ölkə xalqından milyonlarla nəfər səbatlı iqtisadi vəziyyətə çata bilməyibdir.

Amerika Mərkəzi Bankının rəyasət heyətinin sədri Lal Berinard bu haqda deyib ki, dövlət yoxsul ailələrə kömək üçün daha təsirli proqramlar icra etməlidir.

Bu araşdırma həmçinin göstərir ki, amerikalıların təqribən 42 faizi 70 yaşınadək və hətta ömrünün sonunadək işləməyə məcbur olduğunu deyir.

Teqlər