İyun 15, 2016 09:42 Asia/Baku
  • Barak Obama
    Barak Obama

ABŞ prezidenti təkfirçi-sionist qrupla döyüş barədə öz milli təhlükəsizlik komandası ilə iclasında deyib: Bizim tapşırığımız budur ki, İŞİD-i məhv edək.

Barak Obama Ağ Evdə öz mətbuat konfransının davamında deyib: İstəyirəm ki, burada bizim İŞİD ilə döyüşdəki hədəfimiz üzərində təkid edəm. Bizim tapşırığımız budur ki, İŞİD-i məhv edək. Mənim İŞİD-ə qarşı döyüş barədə Amerika xalqına verdiyim son hesabatdan iki ay keçir. O zamandan bəri biz gördük ki, bu döyüş çətin bir döyüşdür, amma biz diqqətəlayiq irəliləyişin şahidiyik. Ötən iki ayda mən İŞİD əleyhinə döyüşü şiddətləndirmək üçün addımların atılması haqda göstəriş verdim.

Obama əlavə edib: Yerli qüvvələrin köməyilə Suriyada xüsusi təyinatlı qüvvələr daxil olmaqla daha çox amerikalı qüvvə İŞİD-lə döyüşür. İraqın təhlükəsizlik qüvvələri ilə işləyən daha çox müşavir var, eləcə də İraqın şimalında yerli qüvvələrin daha çox dəstəklənməsi və hücum vertolyotları kimi daha çox təchizat və maliyyə mövcuddur.

Teqlər