Rusiya və Ukrayna arasında məhbus mübadiləsi
-
Rusiya və Ukrayna arasında məhbus mübadiləsi
Rusiya və Ukrayna 4 məhbus mübadilə ediblər.
IRNA-nın İnterfaks-a istinadlı məlumatına görə, separatçılıqda ittiham olunan Ukraynada Novaya Volna xəbər agentliyinin direktoru Elena Qlişçinskaya körpəsi ilə yanaşı və bu ölkə hakimiyyətinə təcavüzdə ittiham olunan Vitali Didenko dünən Kiyev tərəfindən Moskvaya təhvil veriliblər.
Bu məlumata əsasən, iki mübadilə olunmuş şəxs ötən ildən zindana salınmışdı ki, məhvuslar mübadiləsi razılaşması ilə Rusiyaya köçürülübdür.
Bu razılaşma çərçivəsində həmçinin dünən Rusiya prezidentinin razılığı ilə terror fəaliyyətləri ittihamı ilə müvafiq olaraq 14 və 17 il həbsə məhkum olunmuş Ukrayna vətəndaşları Gennadi Afanasyev və Yuri Soloşenko azad edilib və bir təyyarə ilə Kiyevə köçürülüblər.
Mayın 25-də də Putinin fərmanı ilə iki rus jurnalistin qətlində iştirakda ittiham olunaraq 22 il həbsə məhkum olunmuş ukraynalı pilot Nadya Savçenko iki rus əsgərlə mübadilə olundu.