Rusiya AB ilə əlaqələrə yenidən baxılmasını təklif edib
https://azeri.sahartv.ir/news/dünya-i221545-rusiya_ab_ilə_əlaqələrə_yenidən_baxılmasını_təklif_edib
Rusiyanın Avropa Birliyindəki nümayəndəsi bu birlik ilə əlaqələrə yenidən baxılmasını təklif edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2016 12:04 Asia/Baku
  • Rusiya AB ilə əlaqələrə yenidən baxılmasını təklif edib
    Rusiya AB ilə əlaqələrə yenidən baxılmasını təklif edib

Rusiyanın Avropa Birliyindəki nümayəndəsi bu birlik ilə əlaqələrə yenidən baxılmasını təklif edib.

Spoutnik informasiya agentliyinin verdiyi məlumata görə, Rusiyanın AB-dəki nümayəndəsi Vladimir Çizov bu gün deyib: Moskva AB ilə qarşılıqlı əlaqələrə bütün cəhətlərdən yenidən baxılmasını təklif edib və bu birlik daxilindəki fikir mübadilələrinin yekunlaşmasını gözləyir.

Vladimir Çizov deyib: Avropanın ziyali təbəqəsi iki tərəfli əlaqələrin adiləşdirilməsinin vacibliyini başa düşür.

Rusiya ilə Avropa Birliyi arasındakı əlaqələr, Rusiyanın Ukraynanın şərqində baş verən münaqişədə rol oynamaqda ittihamlandırıldıqdan sonra Brussel tərəfindən Rusiyaya qarşı iqtisadi blokadaların tətbiq olunmasından sonra gərginləşdi.

Rusiya bu ittihamları tamamlilə təkzib edərək Ukrayna dövlət qüvvələri ilə müxaliflər arasındakı münaqişənin dinc yolla həll edilməsinin tərəfdarı olduğunu bildirmişdir.