Rusiya ehtiyatlı davranacağını bildirdi
https://azeri.sahartv.ir/news/dünya-i224005-rusiya_ehtiyatlı_davranacağını_bildirdi
Rusiyanın Avropa Birliyindəki nümayəndəsi Türkiyə prezidentinin Rusiya qırıcı təyyarəsinin vurulmasıilə bağlı üzr istəməsi qarşısında ehtiyatlı olmağı lazım bilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2016 08:13 Asia/Baku
  • 
Rusiya ehtiyatlı davranacağını bildirdi
    Rusiya ehtiyatlı davranacağını bildirdi

Rusiyanın Avropa Birliyindəki nümayəndəsi Türkiyə prezidentinin Rusiya qırıcı təyyarəsinin vurulmasıilə bağlı üzr istəməsi qarşısında ehtiyatlı olmağı lazım bilib.

İTAR TASS-ın verdiyi məlumata görə, Vladimir Çizov Rusiyanın NTV telekanalına verdiyi müsahibədə deyib: Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Rusiyadan üzr istəmək qərarı, Ankaranın yanlış siyasətlər üzündən təcirəd olunduğunu dərk etməsindən qaynaqlanır.

Bu rus diplomat Böyük Britaniyanın Avropa Birliyindən ayrılması üzrə keçirilən referendum ilə Türkiyə prezidentinin Rusiyadan üzr istəməsi arasında hər hansı bağlılığı rədd edərək, deyib: Türkiyə Amerikanın kürdlərə yardım etməsi və Almaniyanın erməni soyqırımını tanımasının ardınca belə bir addım atmaq qərarına gəlmiş olmalıdır.

Rusiyanın bir ədəd Su-24 hərbi təyyarəsi 2015-ci ilin noyabrında Türkiyə hava qüvvələri tərəfindən vurularaq, yerə salındı və bu hadisənin ardınca Moskva Ankaranın üzr istəməsini, hadisə amillərinin cəzalandırılmasını və kompensasiyanın ödənilməsini istəmişdi.

Türkiyə prezidenti 27 iyul tarixində rusiyalı həmkarı Vladimir Putinə ünvanladığı məktubda baş vermiş hadisəyə görə üzr istəyərək, əlaqələrin normallaşdırılmasını istəmişdi.