İyul 07, 2016 16:45 Asia/Baku
  • İraq xalqı İngiltərəni ölkələrinin hazırkı vəziyyətinin səbəbkarı hesab edir
    İraq xalqı İngiltərəni ölkələrinin hazırkı vəziyyətinin səbəbkarı hesab edir

İngiltərənin İraq əleyhinə müharibədə İngiltərənin iştirakı barəsində Çilkat hesabatının yayılmanması çoxlu reaksiyalara səbəb olub. Bir çox İraq vətəndaşı İngiltərəni İraqın hazırkı gərgin vəziyyətinin səbəbkarı hesab edir.

France 24 telekanalının məlumatına görə, İraqın cənubunda şiə sakinli Bəsrə şəhərinin sakinlərinin fikrincə, İngiltərənin ABŞ-la birlikdə İraqda hərbi müdaxiləsi bu ölkənin bədbəxtliklərinin əsas səbəbidir.

İraqlı kişi deyir ki, ingilislər gəldilər ki, bizə kömək etmək deyil, bizi məhv etsinlər. Onların hücumu bir çox mənfi nəticə, o cümlədən terrorizmə yol açdı. Onlar bizim üçün hansı təhlükəsizliyi gətirdilər? Görəsən beləcə, ölkə bərpa etmək olarmı?

Başqa bir iraqlı deyir: İngiltərə hökuməti tərəfindən verilən İraqa hücum qərarı böyük yanlışlıq idi və faciəvi nəticələrə səbəb oldu. Bizim üçün yaxşı həyat töhfə gətirməsi əvəzinə, bizi gərginlik və iğtişaşla üzləşdirdi.

İraq siyasətçilərinin də oxşar fikirləri vardır.

Milli Dialoq Cəbhəsinin rəhbəri Saleh əl-Mütləq də deyir: Hazırda dünya terrorizm təhlükəsi ilə üzləşib. Çünki İraq zəifləşib. Bu zəiflik bir çox digər ərəb ölkəsinin dağılmasına səbəb olub. İraqın hərbi işğalından sonra regionun digər ölkələri də terrorizmin təsiri altına düşdü. Mən düşünürəm ki, bu hərbi işğalda rolu olan ABŞ, İngiltərə və bütün ölkələrin mühakimə edilməsi İraq xalqının haqqıdır.

İraqın sabiq diktatoru Səddam Hüseynin devrilməsi və ordunun ləğv edilməsi ilə yaranan de-stabillik və gərginlik İŞİD terror qruplaşmasının yaranmasına səbəb oldu. İraqda kamikadze aktları gündəlik məsələyə çevrilib. Bazar günü Bağdad ötən 13 il ərzində ən dəhşətli terraktın şahidi idi.

Teqlər