İraqa hücum Britaniya dövlətinə etimadın itirilməsinə səbəb oldu
Britaniyanın leyboristlər partiyasının sədri Ceremi Kurbin Leyboristlər palatasında etdiyi çıxışında deyib: Britaniyanın İraqa hücum qərarı qaneedici heç nə olmadan bu ölkənin dağılmasına, Orta Şərqdə terrorizmin geniş vüsət almasına gətirib çıxartdı.
Cermi Kurbin Çilkat komitəsinin İraq müharibəsi barədə yaydığı hesabatına toxunaraq deyib: İraqa hücum qərarı Britaniya dövlətinin xalqın əksəriyyətinin tələbini nəzərə almadan həyata keçirdiyi qərar idi.
Kurbin deyib: Bu qərar son həll yolu deyildi və milyonlarla insanın didərgin düşməsinə, İraqın infrasturukturunun məhv olmasına gətirib çıxartdı. Bu hücum Britaniya dövləti və siyasi rəhbərliyinə etimadı sarsıtdı.
Kurbin deyib: İraq müharibəsi Orta Şərqdə terrorizmin yayılmasına zəmin yaratdı. Parlament üzvləri Çilkatın hesabatında deyilənlərdən narahat olmalıdır. İraq müharibəsinə qərar verənlər səhvə yol veriblər və öz səhvlərinin mənfi nəticələri ilə qarşılaşmalıdırlar.