Rusiya: Çilkat hesabatı İraqa hücumun qeyri-qanuni olduğunu isbatladı
Rusiyanın yüksək səviyyəli rəsmiləri Çilkat araşdırma komitəsinin hesabatına reaksiyada bildiriblər ki, bu hesabat İraqa hücumun qeyri-qanuni və zərurətsiz olmasına dair rəsmi Moskvanın ilk başdan sərgilədiyi mövqeyini təsdiqlədi
Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib: Bu gün insanları bu mövzu düşündürür ki, bu səhv və qeyri-qanuni təşəbbüsdə məsuliyyət daşıyan cəzalandırılmalıdır.
Əsas sual isə bundan ibarətdir ki, 150 min günahsız İraq vətəndaşının öldürülməsinin məsuliyyətini kim öz üzərinə götürməlidir?
Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov da Sputnik portalına verdiyi müsahibədə deyib: Rəsmi Moskva Çilkat hesabatında Britaniyanın İraq müharibəsindəki rolu barədə təqdim olunan həqiqətlərdən elə əvvəlindən xəbərdar idi və BMT-nin Təhlükəsizlik Şurasında bu mövzu barədə gedən müzakirələrdə bu şuranı qane etmək üçün İraqın kütləvi qırğın silahlarına malik olduğuna dair saxta faktlar təqdim olunduğu göz qabağında idi, məhz bu yolla TŞ-nin İraqa hücum barədə razılığı alındı.