İyul 13, 2016 10:41 Asia/Baku
  • Karaçidə məscidlərdən birinin imam camaatı terror olundu
    Karaçidə məscidlərdən birinin imam camaatı terror olundu

İki naməlum silahlı şəxs Pakistanın Karaçi şəhərində məscidlərdən birinin imam camaatının mənzilinə hücum edərək onu odlu silahla qətlə yetirib.

Karaçi polisinin bildirdiyinə görə, Sədiq Əkbər məscidinin imam camaatı Həbib Ər-rəhman ötən gün öz mənzilində naməlum şəxslərin silahlı basqınına məruz qalıb və yaralarının ağırlığı üzündən bu gün dünyasını dəyişib.

Karaçi polisi bildirib ki, bu terror aktı firqə qətlləri çərçivəsində ola bilməz.

Qətlə yetirilən şəxsin hansı qrupa və ya hansı məzhəbə aid olması barəsində məlumat verilməyib.

İndiyə qədər heç bir qruplaşma bu terror aktını üzərinə götürməyib və terrorçuların imam camaatı qətlə yetirməsi ilə bağlı marağı da müəyyənləşməyib.

Teqlər