Əl-Qaidənin Liviyadakı başçısı öldürülüb
https://azeri.sahartv.ir/news/dünya-i225226-Əl_qaidənin_liviyadakı_başçısı_öldürülüb
Liviya ordusunun hava qoşunları Əl-Qaidənin bu ölkədəki başçısını öldürüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2016 14:54 Asia/Baku
  • Əl-Qaidənin Liviyadakı başçısı öldürülüb
    Əl-Qaidənin Liviyadakı başçısı öldürülüb

Liviya ordusunun hava qoşunları Əl-Qaidənin bu ölkədəki başçısını öldürüblər.

İRNA-nın verdiyi məlumata görə, Liviya ordusunun hava qüvvələri bu gün Əcdabiyanın şərqində Ərriqtə bölgəsində Əl-Qaidənin başçısı İbrahim Şeyxi və onu müşayiət edən 5 nəfəri öldürüblər.

İbrahim Şeyx öncə də Benqazi şəhərində ordu qüvvələri ilə toqquşmada bir dəfə yaralanmışdı.

Liviyanın keçmiş diktatoru Müəmmər Qəddafinin 2011-ci ildə devrilməsindən sonra hakimiyyət boşluğundan istifadə edən İŞİD kimi terrorçu qruplar bu ölkənin strateji bölgələrini öz nəzarətlərinə almağa cəhd göstərirlər.