Fransanın baş naziri bu ölkədə müsəlmanlara qarşı hücum haqda xəbərdarlıq edib
-
Manuel Vals
Fransanın baş naziri bu ölkədə müsəlmanlara qarşı hücumun xətəri haqda xəbərdarlıq edib.
Fransanın baş naziri Manuel Vals bu ölkənin uzun və sərt bir savaşla üzləşdiyini vurğulayaraq, deyib:
Təəssüflər olsun ki, bundan sonra da mütləq Fransa digər hücumların şahidi olacaq və bu yolda başqa şəxslər də öz həyatlarını itirəcəklər. Qətiyyətlə demək olar ki, bu savaşda biz qalib gələcəyik, zira terror hücumlarına məruz qalan bizim ölkəmizdir. Bu ölkədə dinin siyasətdən ayrı olması və qanun hökm sürür. Bu ölkə orada yaşayan milyonlarla həmvətənimiz və müsəlman vətəndaşımız qarşısında məsuliyyət hissi keçirir. Biz həmvətənlərimiz və müsəlman vətəndaşlarımız daxil olmaqla bütün həmvətənlərimizi, eyni zamanda islami mədəniyyəti himayə etməliyik, zira terrorizm cəmiyyətimizdə təfriqə salmaq istəyir, biz terror və qorxu qarşısında həmrəyliyimizi möhkəmlətməyə qadir olmalıyıq.