Ermənistanda bir polis öldürülüb
Ermənistan paytaxtı İrəvanda silahlı şəxslərin atəş açması nəticəsində bir polis ölüb.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, Ermənistan polisi bildirib: İki həftə öncə İrəvanda polis şöbəsini işğal edən silahlı müxaliflər şənbə günü atəş açaraq bir polisi öldürüblər.
Polis bundan öncə təhdid etmişdi ki, bu böhrana son qoymaq üçün silahlı şəxslərə basqın edəcək.
Bu arada Kütləvi İnformasiya Vasitələri Ermənistanda gərginliyin davam etməsi və ötən gecə qaşrıdurmalarında 60 nəfərin yaralanması və 100 nəfərin həbs olunmasından xəbər veriblər.
Jirayr Sefilyanın tərəfdarlarından ola təxminən 20 silahlı şəxs 17 iyulda İrəvanda polis şöbəsinə hücum edərək 1 polis məmurunu öldürüb və bir neçə nəfəri girov götürüb.
Jiray Sefilyan hökumətə müxalif hesab olunur və hazırda həbsdədir.
Silahlı şəxslər Rusiya tərəfdarı olan Ermənistan prezidenti Serj Sarkisyanın istefasını tələb edirlər.