Tramp: Prezident seçilsəm, Krımın Rusiyaya birləşdirilməsini tanıyacam
https://azeri.sahartv.ir/news/dünya-i227728-tramp_prezident_seçilsəm_krımın_rusiyaya_birləşdirilməsini_tanıyacam
Amerikada prezidentliyə namizəd olan respublikaçı milyarder Donald Tramp ikinci dəfə olaraq bildirdi ki, prezident seçkilərində qələbə çalacağı təqdirdə Krım yarımadasının Rusiyaya birləşdirilməsini rəsmən tanıyacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 01, 2016 05:05 Asia/Baku
  • Donald Tramp
    Donald Tramp

Amerikada prezidentliyə namizəd olan respublikaçı milyarder Donald Tramp ikinci dəfə olaraq bildirdi ki, prezident seçkilərində qələbə çalacağı təqdirdə Krım yarımadasının Rusiyaya birləşdirilməsini rəsmən tanıyacaq.

Tramp "ABC" telekanalına verdiyi müsahibədə Krım yarımadası sakinlərinin özlərini Rusiya vətəndaşı saydıqlarından və Rusiya Federasiyasının tərkibində qalmaq istədiklərindən əmin olduğunu deyib. 

D.Tramp bundan öncə bildirmişdi ki, prezident seçiləcəyi təqdirdə Krım yarımadasının Rusiyaya birləşdirilməsini tanımağa və Qərb tərəfindən Rusiyaya tətbiq edilən sanksiyaları ləğv etməyə hazırdır.