Amerikalı idmançı olimpiya oyunlarında hicaba təkid edib
Avq 03, 2016 17:58 Asia/Baku
-
Amerikalı idmançı olimpiya yarışlarında hicaba təkid edib
Amerikalı qadın idmançı Rio-de-Janeyro olimpiya oyunlarına islami örtüklə qatılacağını bildirib.
CNN televiziyasının verdiyi məlumata görə, ilk dəfə olimpiya yarışlarına qatılacaq amerikalı qadın, qılıncoynadan İbtihac Məhəmməd deyib ki, onun üçün hicab xilasedici rol oynayır və onun mentalitetinin ayrılmaz hissəsidir.
Olimpiya yarışlarına islami örtüklə qatılacaq ilk amerikalı qadın idmançı bu yarışlarda müsəlman qadınlara qarşı səhv anlayışlara son qoyacağına ümidvar olduğunu deyib.
İbtihac Məhəmməd sonra deyib: İslami örtük qadınlara elə bir imkan verir ki, insanlar onun zahiri gözəlliklərinə deyil, qabiliyyətlərinə diqqət yetirməlidirlər.
Rio-de-Janeyro yay olimpiya oyunları 2016-cı il 20-21 avqustda keçiriləcək.