Pakistan şiələri paytaxt İslamabadda aksiya keçiriblər
On minlərlə şiə İslamabadda aksiya keçirərək, Pakistan hökumətinin onların tələblərinə diqqət göstərməsini istəyiblər.
Pakistan şiələrinin mərhum rəhbəri Əllamə Seyid Arif Hüseyninin şəhid edilməsinin ildönümü günündə on minlərlə şiə dünən İslamabadda Parlament binası önündə aksiya keçirərək, dövlətin şiələrin istək və tələblərinə diqqət göstərməsini və şiələrə qarşı terror hücumlarının dayandırılmasını istəyib.
Pakistan Müsəlmanlarının Vəhdət Məclisinin baş katibi də, uzun müddətli aclıq aksiyasına görə səhhətində problemlərin yaranmasına və xəstəxanaya köçürülməsinə baxmayaraq, bu mitinqə qatılıb.
Əllamə Raca Nasir Abbas Cəfəri mitinq iştirakçıları qarşısında çıxış edərək, deyib: Təqlid mərcələrinin və şiə məktəbinin tanınmış simalarının tövsiyələrinə əsasən aclıq aksiyasını dayandırıram.
O, daha sonra deyib: Amma, Pakistan dövlətinin şiələrin istək və tələblərinə cavab vermədiyi zamana kimi etiraz aksiyaları davam edəcək və Pakistan Müsəlmanalarının Vəhdət Məclisinin İslamabaddakı etiraz aksiyası hələ də qüvvədə qalmaqdadır.
Əllamə Seyid Arif Hüseyni 7 avqust 1988-ci ildə, general Ziyaəlhəqq-in hakimiyyəti dövründə Paraçinar şəhərində terror və şəhid edilmişdi.