Avq 08, 2016 17:06 Asia/Baku
  • Pakistanda matəm
    Pakistanda matəm

Pakistanın Bəluçestan əyalətində baş verən qanlı partlayışa görə bu ölkənin vəkilləri 3 günlük matəm elan ediblər.

Səhər radio televiziya kanalının ordu dilində yayımlanan radiosunun verdiyi məlumata görə, Pakistanın vəkillər kollegiyası bu gün Küveytə şəhərində çoxlu sayda vəkilin ölümü ilə nəticələnən terror aktının ardınca vəkillərin 3 gün müddətində ofislərində hazır olmayacaqlarını bildirib.

Pakistanın vəkillər kollegiyası həmçinin hökuməti taliblərin hücumları qarşısında passivlikdə və ölkədə sülh və sakitlik bərqərar etməkdən acizlikdə ittiham ediblər. 

Bu gün səhər çağı Pakistanın Bəluçestan əyalətinin mərkəzində Sul xəstəxanasında baş verən terror aktı nəticəsində 60 nəfər ölüb onlarla adam da yaralanıb. 

Ölənlər arasında çoxlu sayda vəkil və iki jurnalist var. Yaralıların çoxunun vəziyyətinin ağır olduğu deyilir . 

Bu terrorçu partlayış baş verərkən Küveytə şəhərinin çoxlu sayda vəkili cəsədi sözü gedən xəstəxanaya köçürülmüş bir vəkilin qətlə yetirilməsinə qarşı etiraz əlaməti  olaraq bu müalicə mərkəzinin qarşısına toplaşmışdılar. 

Bu gün səhər çağı naməlum silahlı şəxslər Bəluçestan əyalətinin vəkillər kollegiyasının sədri Bilal Kasini Küveytə şəhərində terror ediblər. 

Hələlil hansısa şəxs yaxud qrup bu terror hücumunun məsuliyyətini öz üzərinə götürməyib.  

Teqlər