Amerikanın uşaq qatili Ərəbistana dəstəkləri davam edir
-
Amerikanın uşaq qatili Ərəbistana dəstəkləri davam edir
ABŞ-ın uşaq qatili Səudiyyə Ərəbistanı rejiminə silah yardımları davam edir və Ərəbistana silah satışı barədə beynəlxalq tənqidlərə də etina etmir.
Əl-Aləm telekanalının verdiyi məlumata əsasən, ABŞ Müdafiə Nazirliyi bildirib: Pentaqon Səudiyyə Ərəbistanına 1 milyard dollar dəyərində hərbi təchizatın satılması ilə razılaşıb. Bu müqavilədə 130-dan çox tank və zirehli avtomobil Ərəbistana satılacaq. Amerikalı senator Kris Morfi bu ölkənin Səudiyyə Ərəbistanı ilə silah müqaviləsini tənqid edib.
Həmçinin İnsan Haqları Gözətçisi Təşkilatı da Ər-Riyad və Vaşinqtonun silah müqavilələrinin tənqidçilərindən biridir.
Telekanalın reportyoru Raniya Əhməd bu barədə əlavə edib: Amerikanın yaşıl işığı olmadığı halda, Səudiyyə Ərəbistanı Yəmənə təcavüz etməzdi və həmçinin Amerikanın Ərəbistana silah yardımları olmasaydı, bu təcavüz davam etməzdi. Amerikalılar Səudiyyə Ərəbistanına silah yardımlarını davam etdirirlər və bu ölkənin Yəmən xalqına qarşı cinayətlərinə etina etmirlər.
BMT-nin müxtəlif qurumları və digər beynəlxalq insan haqları qurumları Ərəbistanın Yəməndəki cinayətlərinə işarə edirlər. Avropa Parlamenti, Beynəlxalq Amnistiya və İnsan Haqları Gözətçisi Təşkilatlarının səudiyyəli təcavüzkar koalisiyaya silah ixracatının dayandırılması üzrə müraciətləri Amerikanın diqqət mərkəzinə düşməyib. Belə ki, bu ölkə Müdafiə Nazirliyi Ərəbistanla yeni silah müqaviləsindən xəbər verib. Bu silah memorandumu Amerikanın Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü davam etdirməsini istədiyini göstərir. Amerikanın xarici tərəflərə silah satışına nəzarət edən Amerika Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyi bildirib ki, bu müqavilə Amerikanın milli təhlükəsizliyinin güclənməsinə səbəb olur.
Digər tərəfdən Yəmən məsələləri üzrə ekspertlər bildirirlər ki, Amerika Yəmənin şimalında savaşın ağır şəraitdə davam etməsini istəyir. Belə ki, diqqətlər Birləşmiş Ərəb Əmirlikləri qüvvələrinin Yəmənin cənubundakı işğalçı hərəkətlərinə yönəlməsin. BƏƏ Yəmənin ərazi bütövlüyünü pozaraq bu ölkənin cənubunda hərbi bazalar yaratmaq niyyətindədir. Digər tərəfdən belə bir ehtimal var ki, Amerikanın bir qrup senatoru bu ölkənin Ərəbistanla yeni silah müqaviləsinin dayandırılması istəyə bilər. Senator Kris Morfi Yəməndə həlak olan sivillərin sayının artmasın barəsində nigaranlıq edib və deyib: Səudiyyəlilər İŞİD-lə savaşda geri çəkiliblər.
Həmçinin İnsan Haqları Gözətçisi Təşkilatı Səudiyyə Ərəbistanına əlavə silahın satılması ilə razılaşdığına görə Amerikanı tənqid edib.