Əfqanıstan 13 il işğaldan sonra
Əfqanıstanın NATO və ABŞ tərəfindən işğalından 13 ilin keçməsi ilə bu ölkənin səhiyyə və müalicə xidmətləri sektorları hələ də vətəndaşlara güclü xidmətlər göstərməkdə acizdir və hesablamalara görə, əfqan uşaqlar və qadınlar arasında ölüm halları qlobal miqyasda çox-çox yuxarıdır.
Əl-Cəzirə telekanalının ingilis dilli xidmətinin məlumatına görə, Əfqanıstanın cənubundakı qarşıdurmalar bu ölkə vətəndaşlarından on minlərlə nəfərin öz ev-eşiyini tərk etməsinə və Helmənd yaxınlığındakı Qəndəhara sığınmasına səbəb olub. Yerli rəsmilərin dediyinə görə, Talibanın Helmənd vilayətinin mərkəzini yenidən işğal etməsi qeyri-mümkün deyildir.
Əfqanıstanın cənubunda gələn xəstələrin izdihamına görə, Qəndəharın yeganə xəstəxanası olan Mirveys xəstəxanası münasib səhiyyə və müalicə xidmətləri verməkdə lazımi və yetərli potensialı itirmişdir. Hər ayda 29 mindən çox xəstə bu xəstəxanaya gəlir.
Doktor Əli Əhməd Qani deyir: Münasib xidmətlərin verilməsi üçün əlavə qüvvəyə ehtiyaclıyıq. Əgər xəstəxananın qəbul imkanı artarsa, daha çox xəstəni qəbul edə bilərik. Səhiyyə xidmətləri də yaxşılaşacaq.
Dünya Bankının hesablamasına görə, Əfqanıstanda dünyaya gələn hər 100 min uşaqdan 396-sı dünyasını dəyişir. Bu rəqəm dünyanın orta hesablı rəqəmi olan 216 nəfərdən çox-çoxdur. Və bölgədə uşaq ölümü ilə bağlı ən pis vəziyyət Əfqanıstandadır. Bu ölkədə hər on uşaqdan biri 5 yaşından öncə dünyasını dəyişir.
Həkimlər deyirlər ki, Mirveys xəstəxanasında yatan uşaqların 80% ağır qida çatışmazlığından əziyyət çəkir. Bu fenomenin əsas səbəbi müharibə və yoxsulluqdur. Vətəndaşların çoxu da səfər xərclərini ödəyə bilmədiklərinə görə, hətta xəstəxanaya müraciət edə bilmirlər.
Mirveys xəstəxanasının həkimlərindən Doktor Həyatullah deyib: Qonşu vilayətlərdə xəstəxana yoxdur və bəzi bölgələrin hətta klinikası da yoxdur. Bəzi xəstələr xəstəxanaya çatmadan keçinirlər. Çünki yaşadıqları yerlərdə səhiyyə xidmətlərindən yararlana bilmirlər.
Həkimlər həmçinin deyirlər ki, ötən 13 il ərzində bu xəstəxanada müalicənin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində heç bir investisiya yatırılmayıb və həkim və yatağa ehtiyac maksimum şəkildə hiss olunur.
NATO və ABŞ tərəfindən Əfqanıstanın işğalından 13 ilin keçməsi ilə Əfqanıstanın Səhiyyə Nazirliyinin beynəlxalq əlaqələr idarəsinin direktoru iddia edir ki, ötən bir dekada ərzində şəraitin diqqəti cəlb edəcək dərəcədə yaxşılaşmasınıı təcrübə edib. Amma reallıq başqa şeydən ibarətdir.