Tramp: Obama İŞİD-in əsasını qoyub
-
Donald Tramp
ABŞ prezident seçkilərində Respublikaçı namizəd hazırkı prezidenti İŞİD terror qruplaşmasının banisi adlandırıb.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, ABŞ prezident seçkilərində Respublikaçılar partiyasının namizədi Donald Tramp çərşənbə günü Florida ştatının Font Lodredl şəhəridə deyib: İŞİD terror qruplaşması ABŞ prezidenti Barak Obamaya hörmət bəsləyir. Bu da onun bu terror qruplaşmasının banisi olduğunu göstərir.
Tramp həmçinin Ağ Evə rəhbərliyi əldə etməyə çalışan Demokrat rəqibi Hillari Klintonu tənqid edib: Hillari Klinton İŞİD terror qruplaşmasının təşkil olunmasında Obama ilə əməkdaşlıq edib.
Bir müddət öncə də Donald Tramp Obamanı ABŞ tarixinin ən pis prezidenti adlandırmışdı.
İyul ayında Respublikaçılar və Demokratların qurultaylarında Donald Tramp və Hillari Klinton bu iki partiyanın əsas iki namizədi olaraq elan olundular.
ABŞ prezident seçkiləri 2016-cı il 8 noyabrda keçiriləcək.