Tramp: İraq savaşı Amerikanın dəhşətli səhvi idi
-
Donald Tramp
ABŞ prezident seçkilərinin namizədi deyib ki, İraq savaşı Amerikanın dəhşətli səhvi idi.
Fox-Nyus telekanalının məlumatına görə, Donald Tramp bu kanalla eksklüziv müsahibədə "Görən, ifratçı islamçılıq sivilizasiya savaşıdırmı?" sualının cavabında deyib: Buna şübhə yoxdur. Biz bu məsələyə baxmırıq, amma onunla ciddi davranmalıyıq. İraq savaşı baş verərkən mən deyirdim ki, bu savaş düzgün deyil. Məncə, İraq savaşı dəhşətli bir səhv idi. Prezident Obamanın və Amerikanın sabiq dövlət katibi Hillari Klintonun nəzərdə tutduqları formada İraqdan çıxmaq da tamamilə ağılsız bir hərəkət idi. İllər boyu bu haqda danışılacaq. Bu məsələ İraq və Suriyada İŞİD-in formalaşması ilə nəticələndi. Amerikada digər bir ciddi problem də var; o da bundan ibarətdir ki, biz kimliklərini və nə üçün Amerikaya gəldiklərini bilmədən minlərlə nəfərin Amerikaya gəlməsinə icazə veririk. Heç kəs bilmir ki, onlar nə iş görürlər. Hillari Klinton son zamanlar bildirib ki, Suriyadan mühacir formasında Amerikaya gələn şəxslərin sayı 550 faiz artmalıdır. Obama da bu işə icazə veribdir. Belə bir hadisənin baş verməsinə icazə verilməməlidir. Mən xalqın durumuna diqqət edirəm və bu qənaətdəyəm ki, Suriyada əmin-aman bir məntəqə yaradılmalı və bəzi işlər görülməlidir. Fars Korfəzi ətrafındakı ölkələr bu işlərin xərcini ödəməlidirlər. Fars Korfəzi ətrafındakı ölkələr pul çıxarmaqdan başqa bir iş görmürlər.