Filippin prezidenti Obamanı vulqar ifadə ilə xitab etdi
-
Filippin prezidenti Obamanı vulqar ifadə ilə xitab etdi
Filippin prezidenti Rodriqo Duterte Obamanı "haramzadə" adlandıraraq, söz veribdir ki, onun Laosda insan haqları barədə edəcəyi çıxışında iştirak etməyəcək.
Röyters-in məlumatına görə, kəskin ifadələr işlətməkdə tanınmış Filippin prezidenti bu sözləri Obamanın onu deyilənlərə görə, ötən iki ayda 2400-dən çox insanın ölümü ilə nəticələnmiş narkotik maddələrlə mübarizə ilə bağlı sorğu-suala çəkəcəyi ehtimalının yayılmasından sonra söyləmişdi.
Duterte Laosa üçmazdan öncə bir mətbuat konfransında Obamaya xitabən deyib: Siz hörmətlə davranmalısınız; təkcə sual və bəyanatınızı yaymayın, əxlaqsızın oğlu! Mən ASEAN sammitində səni lənətləyəcəyəm.
Bu ifadələr elə bir halda bəyan edilir ki, Duterte qərar üzrə Asiyanın Cənub-Şərqindəki Ölkələrin Birliyi-ASEAN-ın Laosun paytaxtı Vyentyan-da keçiriləcək sammiti kənarında Obama ilə görüşməli idi.Amma Dutertenin söhbətlərindən keçən qısa müddətdə Obama deyib ki, onların arasında belə bir görüşün keçirilməsinə şəkk edir.
Obama Duterteni "dəmdəməki" adlandıraraq, deyib: Ağ Evin işçilərindən istəmişəm ki, belə bir görüşün faydalı olub-olmaycağını araşdırsınlar.
O, müxbirlərə deyib: Mən həmişə belə bir şeyə əmin olmaq istəyirəm ki, bir görüş nə qədər səmərəlidir və biz bu görüşlə bir iş görə biləcəyikmi?
Duterte israr edir ki, Filippində müstəmləkəçilik keçmişinə malik olan Amerikadan göstəriş qəbul etməyəcək və onun barəsində hansı təsəvvürün olması onun üçün mühüm deyil.
O, onu tənqid edənlər və xoşlamadığı şəxslər barədə təhqiramiz fikirlər bildiməkdə məşhurdur və bundan öncə Roma papası- Fransisisi və Amerikanın Maniladakı səfirini də "haramzadə" adlandırmışdı.