Səudiyyəlilərin Yəmənin cənubundakı strateji mövqeləri ələ keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i233354-səudiyyəlilərin_yəmənin_cənubundakı_strateji_mövqeləri_ələ_keçirilib
Yəmənin xalq qüvvələri səudiyyəlilərin Cizan bölgəsindəki strateji mövqelərini ələ keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 06, 2016 12:21 Asia/Baku
  • Səudilərin Yəmənin cənubundakı strateji mövqeləri ələ keçirilib
    Səudilərin Yəmənin cənubundakı strateji mövqeləri ələ keçirilib

Yəmənin xalq qüvvələri səudiyyəlilərin Cizan bölgəsindəki strateji mövqelərini ələ keçiriblər.

Yəmən xalq qüvvələrinin komandanlarından olan Macid Əz-Zeydi dünən Fars informasiya agentliyinə verdiyi müsahibədə deyib: Yəmən xalq qüvvələrinin Cizan bölgəsində səudiyyəli təcavüzkarlara qarşı əməliyyatlarında bir neçə səudiyyəli hərbçi öldürülüb və yaralanıb. 

Yəmən xalq qüvvələrinin digər komandanı Hüseyn Əl-Həusi isə yəmənli qüvvələrin Təiz vilayətində irəliləməkdə davam etdiklərini xatırladaraq deyib: Yəmənli qüvvələr Təizin cənub və şərq bölgələrini öz nəzarətlərinə alıblar. Səudiyyə Ərəbistanı mediaları isə bu məlumatı rədd edirlər. 

Əl-Həusi terrorçuların ən müasir ağır və yüngül silahlara və elektron təchizatlara malik olduqlarını bildirərək deyib: Səudiyyə Ərəbistanının kəşfiyyat xidməti Təizə qarşı mühasirəni dağıtmaq və yəmənli qüvvələrlə qarşıdurmada terrorçulara dəstək vermək üçün sudanlı muzdluları bölgədə yerləşdirməyi planlaşdırır

Yəmənli komandan Təizin terrorçulardan azad edilməsində yəmənli qəbilələrin yardımlarına toxunaraq deyib: Səudiyyə Ərəbistanının hava qoşunları yəmənli qüvvələrin əməliyyatlarını əngəlləyərək, kor hücumlarla Təiz sakinlərini qırğın edirlər. 

Ali-Səud rejimi bəzi ölkələrin dəstəyi ilə 2015-ci ildən Yəmənə qarşı geniş hücumlara başlamışdır.