Sen 08, 2016 15:08 Asia/Baku
  • Amerika qırıcısının hərəkəti təhrikedicidir
    Amerika qırıcısının hərəkəti təhrikedicidir

ABŞ-ın sabiq təhlükəsizlik eksperti bildirib ki, Amerika qırıcısının Rusiyadan casusluq etməsi təhrikedici idi.

Press TV-nin məlumatına görə, Skot Raykard telekanala verdiyi müsahibədə Amerikanın Rusiyanın hərbi təlimlərindən casusluq etməsinə cəhd göstərməsi barəsində deyib: ABŞ tərəfindən Rusiya ilə əlaqədar belə hərəkətlər dekadalardır ki, baş verir və yeni bir məsələ deyil. Rusiya təyyarələri dəfələrlə Amerikanın kəşfiyyat və casusluq təyyarələrinin yanından keçiblər və belə hərəkətlər adidir. Amma adi olmayan budur ki, amerikalılar davamlı şəkildə Rusiya, Çin, İran və dünyanın bir çox digər ölkələrindən casusluq təyyarələri ilə casusluq edirlər. Bu dəfə adətən digər ölkələrin silahlarından daha güclü və modern olan və gəmi və esmineslərə qarşı müxtəlif raketlərlə təchiz olunmuş təyyarədən istifadə etdi. Amerikanın belə hərbi təyyarələri radarlar işə düşmədən Rusiyanın hərbi avadanlıqları yanından bu ölkə sərhədinə doğru göndərməsi çox təhrikedici hərəkətdir. Buna görə, Rusiyanın davranışı çox təmkinli və ölkənin və ərazinin müdafiəsi üçün olmuşdur. Halbuki Rusiya öz hərbi təyyarələrini belə silahlarla əsla Amerika sərhədlərinə doğru göndərməyib. Baxmayaraq ki, Rusiyanın casusluq təyyarələri Amerika sərhədləri yaxınlığında uçuşlar edə bilərlər. Bu arada İran da əsla Amerika barəsində belə bir işi etmir. Buna görə, biz Amerikanın hərəkətinin çox təhrikedici və normalara zidd olduğunu görürük.

Teqlər