Lavrov: Rusiya və ABŞ arasında dərin etimadın olmaması Suriya böhranına kömək etmir
Sen 10, 2016 09:27 Asia/Baku
Rusiya xarici işlər naziri Sergey Lavrov deyib: Rusiya və ABŞ arasında dərin etimadın olmaması Suriya böhranına kömək etmir.
Röytersin məlumatına görə, Cenevrədə ABŞ dövlət katibi Con Kerri ilə birgə mətbuat konfransı keçirən Sergey Lavrov əlavə edib: Suriya məsələsində bu ölkənin daxili və xaricində çoxlu maraqlı tərəflər vardır və bu məsələ kömək rolunu oynamır. Həmçinin Rusiya və ABŞ arasında dərin etimadın olmaması Suriya böhranına kömək etmir. Hazırda deməliyəm ki, bəzi bədgümanlıqlar hələ də öz qüvvəsindədir.