Obama ABŞ polisinin ayrı-seçkilik rəftarı barədə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i236360-obama_abŞ_polisinin_ayrı_seçkilik_rəftarı_barədə_xəbərdarlıq_edib
Amerika prezidenti bu ölkə polisinin qaradərililərə qarşı ayrı-seçkilik rəftarlarının davam etməsi barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 24, 2016 07:50 Asia/Baku
  • Obama ABŞ polisinin ayrı-seçkilik rəftarı barədə xəbərdarlıq edib
    Obama ABŞ polisinin ayrı-seçkilik rəftarı barədə xəbərdarlıq edib

Amerika prezidenti bu ölkə polisinin qaradərililərə qarşı ayrı-seçkilik rəftarlarının davam etməsi barədə xəbərdarlıq edib.

Foks-Nyus telekanalının məlumatına görə, Amerika prezidenti Barak Obama dünən son çaxnaşmalardan sonra Şarlot şəhərində keçirilmiş amerikalı qaradərililərin milli tarix muzeyinin açılış mərasimində deyib ki, Amerikada polisin rəftarının daim ayrı-seçkiliklə yanaşı olması təsəvvürü hər bir Amerika vətəndaşı üçün nigarançılığa səbəb olmalıdır.

ABŞ prezidenti həmçinin ölkəsində qaradərililərin tarixinin faicə və uğursuzluqla dolu olduğunu bildirib və hazırkı dövrdə də bunun cərəyan etdiyini və bu ölkənin hər bir güşəsində müşahidə olunduğunu vurğulayıb.

Şimali Karolina ştatının Şarlot şəhərindəki çaxnaşmalar son günlər iki qaradərilinin polisin qəsdən atəş açması nəticəsində həlak olmasından sonra şiddətlənibdir.