İŞİD İraqda xardal qazından istifadə etmək istəyir
https://azeri.sahartv.ir/news/dünya-i236921-İŞİd_İraqda_xardal_qazından_istifadə_etmək_istəyir
Pentaqon-un sözçüsü İŞİD-in iraqlı qüvvələrə qarşı kimyəvi silahdan istifadə etməkdə qətiyyətli olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 27, 2016 13:55 Asia/Baku
  • İŞİD İraqda xardal qazından istifadə etmək istəyir
    İŞİD İraqda xardal qazından istifadə etmək istəyir

Pentaqon-un sözçüsü İŞİD-in iraqlı qüvvələrə qarşı kimyəvi silahdan istifadə etməkdə qətiyyətli olduğunu bildirib.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Cef Devis bazar ertəsi günü deyib: İŞİD terrorçuları kimyəvi silahdan istifadə etmək niyyətindədirlər və heç şübhəsiz İraq ordusunun Mosula doğru irəliləməsi ilə terrorçular yenidən bu növ silahlardan istifadə edəcəklər.

Pentaqon-un sözçüsü əlavə edib: Çərşənbə axşamı həyata keçirilən ilk sınaq əməliyyatı zamanı atılan raket Qəyyarə bazasının yaxınlığına düşüb. Bu raketin kimyəvi başlığa malik olduğu bildirilir. Amma bu raket üzərində yeni sınaqlar da aparılır.

ABŞ dövləti qərbli və ərəb müttəfiqləri ilə birlikdə regionda İŞİD-i silahlandırmaqla məşğul olan ən böyük tərəfdir.