Sen 28, 2016 19:51 Asia/Baku
  • ABŞ polisi fərdi informasiyalardan sui-istifadə edir
    ABŞ polisi fərdi informasiyalardan sui-istifadə edir

ABŞ polisinin zabitləri ölkə vətəndaşlarının informasiya banklarından şəxsi maraqlarına uyğun istifadə edirlər.

İRİB-nin verdiyi məlumata görə, Amerikanın hər bir yerində polis zabitləri vətəndaşların şəxsi məlumatlar bankından su-istifadə edərək, həmin məlumatlardan şəxsi maraqları istiqamətində o cümlədən cinsi tələblər, ticarət fəaliyyətləri və başqa sahələr üçün faydalanırlar. 

Araşdırmaların nəticələri göstərir ki, 2013-1015-ci illərdə ABŞ-da polis zabitlərinin vətəndaşların şəxsi məlumatlarından su-istifadə etdikləri barədə  325 cinayət işi açılıb. Şəxsi informasiyalarından polis zabiti tərəfindən su-istifadə olunmuş Ohayo ştatının bir sakini deyib: Ünvanım, sosial təminat sığortamın nömrəsi və digər şəxsi məlumatlarımdan polis zabiti şəxsi mənfəətləri üçün su-istifadə etmişdi. Həmin polis zabiti ötən il məhkəmədə təqsirli tanındı. 

Ancaq bu kimi hallara görə polislərin məhkəməyə verilməsinə çox az rast gəlmək olur. 

Teqlər