Ukrayna ordusu Donetsk və Luqanskı atəşə tutub
-
Ukrayna ordusu Donetsk və Luqanskı atəşə tutub
Donetsk və Luqans bölgələrindəki yaraqlılar Ukrayna ordusunun bu bölgələri atəşə tutduğunu bildiriblər.
Tass Xəbər Agentliyinin məlumatına görə, Donetsk və Luqansk bölgələrinin nümayəndələrindən biri deyib: Ukraynanın hərbi qüvvələri 82 və 120 mm kalibrli minatanlardan istifadə edərək Yasino Vataya və onun ətrafını, Donetskin qərb ətrafını və Novaazovskidə yerləşən kəndi atəşə tutublar.
Ukrayna ordusu qüvvələri həmçinin ağır artilleriya, minaatanlar və yüngül silahlardan istifadə edərək bu bölgələri atəşə tutublar.
Ukrayna böhranının həlli üzrə təmas qrupunun iclasının iştirakçıları 26 avqustda Minskdə 1 sentyabrdan Donbasda məhdudiyyətsiz atəkşəsin başlanması üzrə razılığa gəlmişdilər.
2014-cü ildən 9-cu dəfədir ki, müxtəlif tərəflər Ukraynanın şərqində atəşkəsin bərqərar olunması üçün səy göstərir.
Donetsk və Luqansk bölgələrinin rəhbərləri 13 sentyabrda öz tabeliyində olan qüvvələrə göstəriş veriblər ki, Ukrayna hərbçilərinin atəş açmasına cavab verməkdən çəkinsinlər.