Pakistanda şiələrin qırğının davam etməsinə etiraz
Pakistanın müxtəlif şəhərlərində sakinlər şiələrin qırğının davam etməsinə etiraz olaraq aksiyalar təşkil ediblər.
Səhər Telekanalının Urdudilli Radio və Televiziyasının məlumatına görə, Pakistanın müxtəlif şəhərləri, o cümlədən Karaçi, Multan və Lahurun əhalisi bu gün terrorçular tərəfindən şiələrin qırğın edilməsinə etiraz olaraq aksiya keçiriblər.
Aksiyaların iştirakçıları hökumət və təkfirçilərə qarşı şüarlar səsləndirərək təhlükəsizliyin təmin olunması, stabillik və terrorçu qruplarla mübarizədə təhlükəsizlik qüvvələrini acizlikdə suçlayıblar.
Etirazçılar Pakistan hökumətindən təhlükəsizliyin təmin olunması istiqamətində şiələri azad etməklə yanaşı Karaçi şəhərindəki son cinayət amillərinin müəyyənləşdirilərək həbs edilməsinə səy göstərməsini istəyiblər.
Təkfirçilər ötən gün Sind əyalətinin mərkəzində İmam Hüseyn (ə) əzadarlığı məclisinə hücumda 5 nəfəri qətlə yetirib və bir qrupu da yaralayıblar.
Karaçi şəhəri Pakistanın cənubunda de-stabil şəhərlərdən sayılır. Belə ki, həmişə şiələr terror aktları və yolkənarı partlayışın qurbanları olur və həyatlarını itirirlər.