"Amerika terrorizm ilə mübarizə niyyətində deyil"
https://azeri.sahartv.ir/news/dünya-i243347-amerika_terrorizm_ilə_mübarizə_niyyətində_deyil
Beynəlxalq hüquq üzrə ekspert və Corc Taun universitetinin müəllimi ABŞ-ın terrorizm fenomeni barədəki mövqeyinə toxunaraq deyib: Amerika Mosul yaxud regionda terrorizmi məhv etmək niyyətində deyil, ABŞ əslində terrorçuların fəaliyyətlərinin genişlənməsi məqsədini güdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 02, 2016 09:01 Asia/Baku
  • Davud Xeyrullah
    Davud Xeyrullah

Beynəlxalq hüquq üzrə ekspert və Corc Taun universitetinin müəllimi ABŞ-ın terrorizm fenomeni barədəki mövqeyinə toxunaraq deyib: Amerika Mosul yaxud regionda terrorizmi məhv etmək niyyətində deyil, ABŞ əslində terrorçuların fəaliyyətlərinin genişlənməsi məqsədini güdür.

Davud Xeyrullah Əl-Məyadin telekanalına verdiyi müsahibədə Mosulun azad edilməsi əməliyyatında xalq səfərbər qüvvələrin iştirakı və Türkiyə və ABŞ-ın bu mövzuya münasibətləri barədə deyib: ABŞ-ın terrorizmdən öz siyasi məqsədləri üçün faydalanmaqdan vaz keçmiş olduğunu düşünənlər səhvə yol verirlər, Amerikanın silahlı terrorçuların yaranması, təşkilatlanması və dəstəklənməsindəki rolunu bilməyən yoxdur. 

D.Xeyrullah ABŞ-ın İŞİD-in Mosulda tam məhv edilməsinə münasibəti barədə deyib: Əslində ABŞ terrorizmi Mosuldan Suriyaya və ABŞ və Türkiyənin nəzarətində olan Suriya ilə İraq arasındakı ərazilərə köçürmək niyyətindədir. Amerika Mosulda terrorizmi məhv etmək niyyətində olduğunu bildirir halbuki Suriya və Yəməndə eləcə də ərəb ölkələrinin çoxunda terrorizmə dəstək verir. 

Corc Taun universitetinin müəllimi deyib: ABŞ və qərbdə Amerikanın həqiqi niyyətlərinin üstünü açan mediyalar yoxdur və ərəb ölkələri də ABŞ-ın məqsədlərini başa düşəcək və ona qarşı mövqe tutacaq qədər ayıq deyillər.