Prezident seçkiləri Amerikadakı duruma dəyişiklik edə bilməyəcək
-
Tramp- Klinton
Amerikalı fəal bu ölkədə keçiriləcək prezident seçkilərinin ABŞ-ın hazırkı durumunu dəyişməyə qadir olmadığını bildirib.
PressTV-nin verdiyi məlumata görə, Amerikada Yaşıllar Partiyasının üzvlərindən olan Cudi Kriq bu telekanala verdiyi müsahibədə deyib: "FBİ demokratların namizədi Hillari Klintonun şəxsi elektron məktubları ilə bağlı araşdırmalarının yekun nəticəsini açıqladı. Yaşıllar Partiyası kənar məsələlərin deyil, əsl məsələnin miqyasına aydınlıq gətirilməsini istəyir. Əsas məsələlər və problemlər barədə danışılmalıdır. Amma, seçki rəqabətlərində namizədlərin heç biri bu barədə danışmır. Ölkəmiz iqtisadi böhran ilə üz-üzədir. Amma, namizədlər bu barədə də danışmırlar və sadəcə bir sıra şübhəli və anlaşılmaz ifadələrdən istifadə etməklə kifayətlənirlər. Amerika həmçinin, siyasi böhran içindədir. Seçki namizədləri isə xalq yanında heç bir imicə və reytinqə malik deyillər. Medialar isə Yaşıllar Partiyası və ya Liberterin Partiyası kimi digər partiyaların gündəmə gəlməsi, rəqabətlərə qatılmasını önləmək üçün var gücləri ilə çalışırlar. Halbuki, bunlar respublikaçılar və demokratlardan daha fərqli seçimlərdirlər."
Cudi Kriq daha sonra deyib: " Təəssüflər olsun ki, Hillari Klinton və onun rəqibi Donald Tramp ABŞ-ın hazırkı durumuna heç bir dəyişiklik etməyəcəklər. Demokratların sabiq namizədi Berni Sendorz sosial proqramlara malik idi. Amma, seçki rəqabətlərinin ilkin mərhələsində kənara qoyuldu. Bununla da Amerikanın hazırkı vəziyyətində hansısa dəyişikliyi gözləmək yersizdir."