ABŞ prezidenti; Donald Tramp
Noy 09, 2016 07:34 Asia/Baku
-
Donald Tramp
Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-ın yeni prezidenti seçilib.
D. Trampın namizədliyini 274 nümayəndə dəstəkləyib. Qələbə üçün 270 nümayəndənin səsi kifayətdir.
Onun rəqibi, Demokratlar Partiyasının namizədi Hillari Klinton isə 215 nümayəndənin səsini qazanıb.
Səslərin hesablanması davam etsə də, yerdə qalan səslər yekun nəticəni dəyişməyəcək.
Teqlər