Hindistan ilə Pakistan arasında toqquşma
Kəşmir ərazilərində Hindistan və Pakistan qüvvələri arasında baş verən təkrar toqquşmalar 3 pakistanlının ölümü 30 nəfərin yaralanmasına səbəb olub.
Təsnim informasiya agentliyinin verdiyi məlumata görə, Kəşmirin yüksək çinli təhlükəsizlik rəsmisi Mir Abid deyib: Hindistan ordusunun Kəşmir ərazisində nəzarət xəttində yerləşən Bətal bölgəsini ağır və yüngül silahlarla hədəfə alması nəticəsində 3 kəşmirli ölüb 30 nəfər yaralanıb.
DawnNews qəzeti də yerli mediyalara istinadla hələ ölən və yaralananların dəqiq statistikasının bəlli olmadığını bildirib.
Son günlər ərzində də Hindistan ordusunun Kəşmir sərhəddindəki fəaliyyətləri nəticəsində onlarla yerli sakin həlak olmuş yaxud yaralanmışdı.
Hindistan və Pakistan daima qarşı tərəfi atəşkəsi pozmaqda ittiham edirlər.
Kəşmirdə bir hərbi bazaya hücum nəticəsində 18 Hindistan əsgərinin öldürülməsindən sonra bu ölkə ilə Pakistan arasında əlaqələr gərginləşib.
İki ölkə Kəşmir vilayətinə mülkiyyət barədə fikir ixtilaflarına malikdir.