Amerikalı fəallar səslərin yenidən sayılmasını tələb edir
Noy 24, 2016 12:37 Asia/Baku
-
Amerikalı fəallar səslərin yenidən sayılmasını tələb edir
Amerikalı fəallar ABŞ prezident seçkiləri səslərinin sayılmasında xarici hakerlərin əlinin olması ehtimalına dair hesabat verərək bu ölkənin bəzi ştatlarında səslərin yenidən sayılmasını istəyiblər.
BBC televiziyasının məlumatına görə, amerikalı tələbələr və fəallar əsasən Pensilvaniya, Viskonsin və Miçiqan kimi ştatlarda səslərin yenidən sayılmasını tələb edirlər.
Onlar deyirlər ki, seçkilərin nəticələrində bəzi hakerlərin əlinin olması ehtimalı vardır. Bu şəxslər bu ehtimalın detalları barəsində 18 səhifəlik hesabat təqdim etmək niyyətindədirlər. Bu hesabat gələn həftə ABŞ Senatında araşdırılacaq.