Amerika koalisiyası İraqın günahsız vətəndaşlarının qatilidir
Amerikanın başçılıq etdiyi terrorizm əleyhinə koalisiyanın İraqın şimalında Moslu şəhərində yaşayış massivinə hücumunda azı 18 iraqlı sivil həlak olub.
Mosulda məktəblilərin qırğın edilməsi, 25 sivil, o cümlədən 15 qadının həlak olması ilə nəticələnən Kərkükün Daquq bölgəsində yas mərasiminə hücum Amerikanın başçılıq etdiyi koalisiyanın İraqdakı hərəkətlərinin bariz nümunəsidir. Halbuki bütün bunlara BMT etinasız qalmışdır.
Amerikanın hərbi rəsmiləri iddia edirlər ki, yanlışlıqla İraq vətəndaşlarını hədəfə alırlar. Bu iddia, Mosulun İŞİD-in işğalından azad olunması əməliyyat xəritəsi və bu terror qruplaşmasının mövqelərinin müəyyənləşməsi ilə müdafiə oluna bilməz.
ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə koalisiya" bu terror qruplaşması ilə mübarizə bəhanəsi ilə 2014-cü il sentyabr ayından Suriya və İraqda öz hava hücumlarını başlayıb.