100 mindən çox afrikalı didərgin Yəmənə daxil olub
-
100 mindən çox afrikalı didərgin Yəmənə daxil olub
100 mindən çox afrikalı didərgin Ədən körfəzini keçərək Yəmənə daxil olub.
FransPress-in verdiyi məlumata görə, BMT-nin didərginlər üzrə ali komisarlığının sözçüsü Uilyam Spindler dünən deyib: Yəməndə toqquşmalara və insani böhrana baxmayaraq 2016-cı ildə 100 mindən çox afrikalı miqrant bu ölkəyə daxil olub.
Komisarlıq sözçüsü Yəmənə sığınan afrikalı didərginlərin sayının artmasına toxunaraq deyib: Didərginlər qayıqlara minərək Ədən körfəzini keçir və özlərini Yəmənə çatdırırlar, indiyədək onlardan 79 nəfəri dənizlərdə həlak olub.
Uilyam Spindler deyib: Afrikadan Yəmənə gələn miqrantlar müxtəlif işgəncələr, zorakılıqlar və sui-istifadələrə məruz qalırlar.
Səudiyyə Ərəbistanı 20 aydan çoxdur bəzi ərəb ölkələri ilə birlikdə və qərbin dəstəyi ilə Yəmənə qarşı geniş hücumlara başlayıb.
Səudiyyə Ərəbistanının Yəmənə hava hücumlarında 2015-ci il mart ayının 26-dan başlayan hava hücumlarında 10 mindən çox yəmənli həlak olub.