Noy 30, 2016 20:20 Asia/Baku
  • Aleksey Puşkov
    Aleksey Puşkov

Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının sədri Türkiyə prezidentinin Suriyada Bəşşar Əsəd hökumətini devirmək üzrə marağını xam və əhəmiyyətsiz adlandırıb.

İRNA-nın məlumatına görə, Aleksey Puşkov çərşənbə günü deyib: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəşşar Əsəd hökumətini devirmək üzrə məqsədi qeyri-realdır.

Puşkov əlavə edib: Ərdoğanın sözləri ciddi bəyanat olmaqdan çox, siyasi açıqlamaya bənzəyir.

Ərdoğan çərşənbə axşamı günü bildirib ki, Türkiyə hərbçilərinin Suriyadakı Fərat Qalxanı əməliyyatının məqsədi bu ölkə hökumətini devirməkdir. Rusiya Xarici İşlər Nazirliyi də bildirib ki, Ərdoğanın suriyaya qarşı açıqlamasını Təhlükəsizlik Şurasına aparacaq.

Ötən altı ildə Suriyaya qarşı siyasətlərin icrasında Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər Amerikanın əsas müttəfiqləri hesab olunurlar.

Teqlər