Morsinin tərəfdarlarından 300 nəfərə həbs cəzası verilib
Dek 01, 2016 19:54 Asia/Baku
Misirdə bir hərbi məhkəmə Məhəmməd Morsinin tərəfdarlarından 300 nəfərinə həbs hökmü çıxarıb.
Misirin Əl-Əhram dovlət xəbər agentliyinin internet portalının yazdığına görə, Məhəmməd Morsinin tərəfdarlarından ibarət 296 nəfər zorakılığa çağırmaq və təxribatçı hərəkətlərə əl atmaqda ittiham edərək onlarin hər birinə fərqli müddətlər üçün həbs hökmü verib.
İxvanəl-Müslimin hərəkatının əsas rəhbərlərindən olan Məhəmməd Bədi , 3 islamçı fəalla birlikdə hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işinin 302 müttəhimi arasında bir nəfərə 25 il həb verilib, bir nəfər bir il, iki nəfər 2 il, 15 nəfər 3 il və 273 nəfər 15 il azadlıqdan məhrum edilib. Bu işdə 6 nəfərə bəraət qazandırılıb.