Finlandiyanın cənubunda üç nəfər qətlə yetirilib
Dek 05, 2016 12:20 Asia/Baku
-
Finlandiyanın cənubunda üç nəfər qətlə yetirilib
Finlandiya polisi bu ölkənin cənubunda, Rusiya ilə sərhəd yaxınlığında üç nəfərin öldürülməsindən xəbər verib.
Frans-Press-in məlumatına görə, Finlandiya polisi bildirib ki, Rusiya ilə sərhəd yaxınlığında İmatra şəhər şurasının sədri və iki yerli jurnalist bir silahlı şəxsin atəş açması nəticəsində həlak olub.
Polis məmurlarının dediklərinə görə, hücum amili atəşdən sonra yaxalanıb və atəşin səbəbi barədə təhqiqatlar başlanıb.
Finlandiyanın cənub-şərqindəki kiçik İmatra şəhəri Rusiya sərhədinin bir neçə kilometrliyində yerləşir.