Amerikanın xarici siyasət elitası ABŞ ilə Çin arasında savaşın baş verməsini istəmir
-
Amerikanın xarici siyasət elitası ABŞ ilə Çin arasında savaşın baş verməsini istəmir
Amerikalı ekspert CCN telekanalı ilə müsahibədə vurğulayıb: 30-40 illik təcrübəyə malik olan Amerikanın xarici siyasət elitası heç bir vəchlə Tayvan üstündə ABŞ ilə Çin arasında savaşın baş verməsini istəmir.
CNN telekanalının məlumatına görə, Amerikanın dörd keçmiş prezidenti- Nikson, Ford, Reyqan və Klintonun sabiq müşaviri olmuş David Gergen bu haqda deyib: Bizim bildiyimiz budur ki, Tramp ilə Tayvan prezidenti arasındakı o telefon söhbəti çox dəqiq şəkildə təşkil edilmişdi. Nəzərə gələn budur ki, biz şərqdə Çin qarşısında daha qətiyyətli və Rusiya qarşısında daha asan əməl edəcək bir dövlət, yəni Tramp dövləti ilə üzləşməkdəyik. İndi görək, bu aqilanə bir siyasətdir, ya yox. Tarix gələcəkdə onun barəsində mühakimə yürüdəcək.
Məncə, bizim indiyədək əldə etdiyimiz budur ki, Trampın Çin qarşısındakı siyasəti Amerikanın xarici siyasətində uzun müddət fəaliyyət göstərmiş şəxslərin nigaranlığına və qəhərlənməsinə bais olubdur.
David Gergen əlavə edib: Donald Tramp qarışıq salan bir şəxsiyyətdir və o, bu üsula inanır. O, inanır ki, əgər hər şeyi havaya tullasanız, daha yaxşı nəticələr əldə edəcəksiniz! Belə bir halda, 30-40 il xarici siyasət sahəsində işləmiş şəxslər Tayvan üstündə ABŞ ilə Çin arasında savaşın baş verməsinə mane olmağa çalışırlar. İndiyədək iki tərəfi, yəni ABŞ ilə Çini bir-birindən uzaq saxlaya bilmiş həmin şəxslər ümumiyyətlə Trampın Çin qarşısındakı siyasəti ilə razı deyillər.