Pakistan təyyarəsi qəzaya uğradı; sərnişinlər öldü
https://azeri.sahartv.ir/news/dünya-i249542-pakistan_təyyarəsi_qəzaya_uğradı_sərnişinlər_öldü
Pakistanın sərnişin təyyarəsi 45 sərnişin və ekipaj heyəti ilə radardan yoxa çıxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2016 14:39 Asia/Baku
  • Pakistan təyyarəsi qəzaya uğradı
    Pakistan təyyarəsi qəzaya uğradı

Pakistanın sərnişin təyyarəsi 45 sərnişin və ekipaj heyəti ilə radardan yoxa çıxıb.

Kiçik sərnişin təyyarəsi İslamabad yaxınlığında yoxa çıxıb və nəzarət qülləsi ilə əlaqə kəsilib. 

Pakistanın Cio televiziyası İslamabad aeroportu rəsmilərinə istinadla bildirib: bu təyyarə Çetraldan İslamabad istiqamətində uçurmuş. Lakin Cuylyan bölgəsindən nəzarət qülləsi ilə əlaqəsi kəsilib. 

Bildirilir ki, bu təyyarədə 45 sərnişin və xidmətçi olmuşdur. 

Pakistan mediaları Cuylyan yerli rəsmilərinə istinadla bildiriblər ki, şahidlərin sözlərinə görə, bu bölgənin dağlıq ərazisində bir təyyarə qəzaya uğrayıb. 

Məlumatlı dairələr bildiriblər: Bu bölgəyə xilasedici qüvvələr ezam olunublar. 

Son məlumatlara görə, İslamabada uçan təyyarənin bütün sərnişinləri və ekipaj heyəti qəza nəticəsində həlak olub.