Dek 07, 2016 18:13 Asia/Baku
  • İngiltərə Bəhreyndə insan haqları haqda nigaranlıq etdi
    İngiltərə Bəhreyndə insan haqları haqda nigaranlıq etdi

İngiltərənin İcmalar Palatasının nümayəndələri Bəhreyndə insan haqlarının vəziyyəti haqda nigaranlıq ediblər.

Əl-Aləm televiziyasının məlumatına görə, İngiltərənin İcmalar Palatasının nümayəndələri Bəhreyndə insan haqlarının pozulmasının acınacaqlı halları barədə nigaranlıq ediblər. 

Bu nümayəndələr İngiltərə baş naziri Tereza Meyə ünvanladıqları məktubda Manamada Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv dövlətlərin dövlət başçılarının sammitində insan haqları məsələsini irəli sürməsini istəyiblər. Onlar əlavə ediblər: Bəhreyndə siyasi və hüquqi vəziyyət işgəncə metodları və özbaşına həbslər vasitəsi ilə acınacaqlı durumdadır. 

İcmalar Palatasının nümayəndələri Bəhreyndə insan haqlarının pozulmasına son qoyulmasını vurğulayıblar. 

Teqlər