İraqın paytaxtında 3 bomba partlayıb
https://azeri.sahartv.ir/news/dünya-i250472-İraqın_paytaxtında_3_bomba_partlayıb
İraq paytaxtında 3 bomba partlayışı nəticəsində 2 nəfər ölüb 11 nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 11, 2016 15:58 Asia/Baku
  • İraqın paytaxtında 3 bomba partlayıb
    İraqın paytaxtında 3 bomba partlayıb

İraq paytaxtında 3 bomba partlayışı nəticəsində 2 nəfər ölüb 11 nəfər yaralanıb.

İraqın Əssuməriyyə Nyus portalının verdiyi məlumata görə, Bağdadın şimalında Taci məntəqəsində baş verən bomba partlayışı 2 nəfərin ölümü və 6 nəfərin yaralanmıası ilə nəticələnib. 

Bu məlumata görə, Bağdadın cənubunda da baş verən 2 partlayışda 5 mülki yaralanıb. 

Hələlik kimsə bu partlayışların məsuliyyətini öz üzərinə götürməyib. 

Terrorçu İŞİD qrupu son aylarda Mosuldakı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün İraqın bəzi şəhərləri o cümlədən də Bağdadda terrorçu partlayışıarını artırıb. 

Eyni zamanda İraq ordusu və xalq qüvvələri Mosulun ətrafında bir neçə kəndi İŞİD terrorçularının işğalından azad ediblər.