Dek 20, 2016 09:36 Asia/Baku
  • Rəcəb Təyyib Ərdoğan
    Rəcəb Təyyib Ərdoğan

Türkiyə prezidenti dünən gecə Rusiyanın Ankaradakı səfirinə qarşı sui-qəsd hadisəsi və Rusiya səfirinin bu hücumda ölümü ilə əlaqədar televiziyadan etdiyi çıxışında Rusiya xalqına başsağlığı verərək deyib: Bu hücum iki ölkə əlaqələrinə zərbə vurmaq məqsədi ilə həyata keçirilən təhrikamiz cəhddir.

İRNA-nın verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan deyib: Bu terror elə bir şəraitdə törədilir ki, Türkiyə ilə Rusiya Suriyada Hələb böhranının həlli və mülki əhalinin evakuasiyası üçün əməkdaşlıq aparır və birlikdə hərəkət etməkdədirlər. 

Türkiyə prezidenti özünün terror aktından sonra Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarına toxunaraq, bu danışıqlarda Putinə başsağlığı verdiyini bildirib.

Ərdoğan bu telefon danışığında Putindən Rusiyanın Ankaradakı səfiri Andrey Karlova qarşı terrorun araşdırılması ıüçün bir təhqiqat qrupunun göndərməsini istədiyini, Putinin də bu təkliflə razılaşdığını deyib. 

Türkiyə prezidenti əlavə olaraq bildirib: Türkiyə-Rusiya əlaqələrində təxribat törətmək istəyənlərə deyirəm ki, siz uğur qazanmayacaqsınız. 

Rusiyanın Türkiyədəki səfiri Ankarada bir foto-sərgiydən baxış keçirərkən silahlı şəxs tərəfindən odlu silahla vurulub. Türkiyənin təhlükəsizlik rəsmilərinin dediklərinə görə, silahlı şəxsin adı " Mövlud Altıntaş" olub. O polis əməkdaşı olubmuş. 

Teqlər