Rusiyanın Türkiyədəki səfirinin terroruna beynəlxalq reaksiyalar
-
Rusiyanın Türkiyədəki səfirinin terroruna beynəlxalq reaksiyalar
Bəzi ölkə və beynəlxalq təşkilatlar Rusiyanın Türkiyədəki səfirinin terror edilməsini pisləyiblər.
İRİB-nin verdiyi məlumata görə, Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru Federika Moqerini dünən gecə AB adından Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun ölümü ilə nəticələnən sui-qəsd hadisəsini pisləyib.
Birləşmiş Millətlər Təşkilatının sözçüsü də bildirib ki, BMT Rusiyanın Türkiyədəki səfirinin terror edilməsini pisləyir və bu terror amillərinin cəzalandırılmasını istəyir.
Rusiya ilə əlaqələrində gərginlik yaşayan Amerika da bu terrorçu hücumu pisləyib.
Suriyanın xarici işlər naziri də bir bəyanat yayaraq, Rusiyanın Türkiyədəki səfirinə hücumu pisləyib.
Rusiyanın Türkiyədəki səfiri Ankarada bir foto-sərgiyə baxış keçirərkən silahlı şəxs tərəfindən odlu silahla vurulub. Türkiyənin təhlükəsizlik rəsmilərinin dediklərinə görə silahlı şəxsin adı " Mövlud Altıntaş" olub. O polis əməkdaşı olubmuş.
Bu terror hücumunda Rusiya səfiri qətlə yetirilib və 3 nəfər də yaralanıb.
Ankarada Rusiyanın səfirinə qarşı sui-qəsdin ardınca Rusiya prezidenti Vladimir Putin bu ölkənin XİN başçısı Sergey Lavrov və təhlükəsizlik rəsmiləri ilə iclas keçirib.