Çavuşoğlu: Rusiya-Türkiyə-İran üçtərəfli iclası vaxtında keçiriləcəkdir
https://azeri.sahartv.ir/news/dünya-i251951-Çavuşoğlu_rusiya_türkiyə_İran_üçtərəfli_iclası_vaxtında_keçiriləcəkdir
Türkiyənin xarici işlər naziri dünən gecə deyib: Suriyada və Hələbdə son durumun araşdırılması üçün Rusiya, Türkiyə və İranın XİN və MN başçılarının planlaşdırılmış iclası, Rusiyanın Ankaradakı səfirinə qarşı sui-qəsd hadisəsinə rəğmən, vaxtında keçiriləcəkdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2016 06:08 Asia/Baku
  • Türkiyənin xarici işlər naziri
    Türkiyənin xarici işlər naziri

Türkiyənin xarici işlər naziri dünən gecə deyib: Suriyada və Hələbdə son durumun araşdırılması üçün Rusiya, Türkiyə və İranın XİN və MN başçılarının planlaşdırılmış iclası, Rusiyanın Ankaradakı səfirinə qarşı sui-qəsd hadisəsinə rəğmən, vaxtında keçiriləcəkdir.

İRNA-nın verdiyi məlumata görə, Moskvaya uçarkən Rusiyanın Ankaradakı səfirinin terror edilməsi xəbərini alan Mövlud Çavuşoğlu bu terror aktını pisləyərək deyib: Bu hadisə bizim proqramın ləğvinə səbəb olmayacaq. 

Rusiyanın XİN başçısı da dünən gecə bir bəyanat yayaraq, Rusiyanın Ankaradakı səfirinə qarşı sui-qəsdi pisləyib və belə deyib: Bu terror aktı İran,Türkiyə və Rusiyanın xarici işlər və müdafiə nazirlərinin Moskvada keçirilməsi planlaşdırılmış üçtərəfli iclasına heç bir xələl gətirməyəcək. 

İran, Türkiyə və Rusiyanın XİN və MN başçılarının üçtərəfli iclası bu gün üçün planlaşdırılıb. 

İranın ideyası və təşəbbüskarlığı ilə baş tutacaq bu üçtərəfli iclasda Suriya böhranı və bu ölkədə insani məsələlərinin həllinə yardım mövzuları araşdırılacaq. 

Rusiyanın Türkiyədəki səfiri Ankarada bir foto-sərgiyə baxış keçirərkən silahlı şəxs tərəfindən odlu silahla vurulub. Türkiyənin təhlükəsizlik rəsmilərinin dediklərinə görə, silahlı şəxsin adı " Mövlud Altıntaş" olub. O polis əməkdaşı olubmuş.