Rus ekspert: Rusiyanın Türkiyədəki səfirinin terror olunması Ankaraya qarşı təzyiqi artıracaqdır
https://azeri.sahartv.ir/news/dünya-i251987-rus_ekspert_rusiyanın_türkiyədəki_səfirinin_terror_olunması_ankaraya_qarşı_təzyiqi_artıracaqdır
Bir rus jurnalist deyib ki, Rusiyanın Türkiyədəki səfirinin terror olunması Ankaraya qarşı təzyiqi artıracaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2016 09:59 Asia/Baku
  • Rus ekspert: Rusiyanın Türkiyədəki səfirinin terror olunması Ankaraya qarşı təzyiqi artıracaqdır
    Rus ekspert: Rusiyanın Türkiyədəki səfirinin terror olunması Ankaraya qarşı təzyiqi artıracaqdır

Bir rus jurnalist deyib ki, Rusiyanın Türkiyədəki səfirinin terror olunması Ankaraya qarşı təzyiqi artıracaqdır.

Aleksandr Bratriski Əlcəzirə telekanalı ilə müsahibədə Rusiyanın Türkiyədəki səfirinin terror olunması və bu hadisənin Moskva-Ankara əlaqələrinə buraxacağı təsirlər barədə deyib: Bu hadisə Rusiyaya ağır bir zərbə vurub və bu səbəb olacaq ki, Türkiyə bu hadisə amillərinin istintaq olunmaları və bu barədə təhqtiqatların aparılmasını vurğulasın. Mən güman etmirəm ki, bu hadisə iki ölkə əlaqələrinə təsir göstərmiş olsun, xüsusən ona görə ki, Moskva və Ankara bu yaxınlarda öz əlaqələrini bərpa ediblər. Hamı bu cinayətin amilinin ardıncadır. Bəlkə bu hadisə bəzilərinin Hələb hadisələrinə etiraz etmələri nəticəsində olmuş olsun. Türkiyə bu hadisədən sonra daha çox təzyiqlərə məruz qalacaq ki, bu hadisənin miqyasları aydınlaşmış olsun. Türkiyə mühüm beynəlxalq bir oyunçu idi və bu ölkə prezidenti Rəcəb Tayyıp Ərdoğan üçün təhqiqatlarda öz gücünü göstərmək mühümdür. Rusiyanın Türkiyədəki səfirini himayə üçün münasib təhlükəsizlik tədbirləri görülməli və ona yaxşı təhlükəsizlik dəstəyi verilməliydi. Onun terror edilməsi göstərir ki, Türkiyə bu ölkədəki xarici səfirlərin həyatlarının himayəsinə böyük diqqət göstərmir.