Rusiya müstəntiqləri Türkiyəyə səfər ediblər
-
Rusiya müstəntiqləri Türkiyəyə səfər ediblər
Rusiyanın xarici işlər naziri bildirib ki, rus müstəntiqlər Rusiyanın Ankaradakı səfirinin terroru barədəki təhqiqat gedişinə kömək məqsədilə Türkiyəyə daxil olublar.
Frans-Press-in məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya böhranı barədə Moskvada keçirilən üçtərəfli Moskva-Ankara-Tehran iclasının əvvəlində vurğulayıb: Rusiya və Türkiyə prezidentləri rus müstəntiqlərin Türkiyənin xüsusi təyinatlı polisinin Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun terroru barədə başladığı təhqiqat sahəsində iştirakı barədə razılığa gəliblər.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bu iclasda bildirib ki, Rusiyanın Türkiyədəki səfirliyi qarşısındakı küçənin adı Andrey Karlovun adını yad etmək məqsədilə Xarkov adı ilə dəyişdiriləcəkdir.