Rusiya Türkiyəyə səfəri tovsiyə etmir
-
Rusiya Türkiyəyə səfəri tovsiyə etmir
Rusiyanın Ankaradakı səfiri qətlə yetirildikdən sonra Moskva Türkiyə ilə vizasız rejimə dair danışıqları dayandırmağa hazırlaşır.
“İzvestiya” nəşri məlumat verir ki, Rusiya Türkiyə ilə viza rejimini ləğv etməyə hazır deyil.
Vizasız rejimin tətbiqi məsələsi qeyri-müəyyən müddətə qədər təxirə salınır. Məlumata görə, Rusiya hökuməti həmçinin Türkiyədə olan bu ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcək: “Türkiyə hökuməti bu ölkəyə gələn şəxslərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi işlər görməkdə davam etməli və Rusiyaya səfər etmək niyyətində olanların hamısının əsaslı yoxlanılmasına zəmanət verməlidir”, - deyə mənbə bildirib.
Rusiya həmçinin bu ölkə vətəndaşlarına Türkiyəyə səfər etməməyi tövsiyə edib.